ABŞ 1997-ci ildən sonra Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulan ölkələrdə nüvə silahı yerləşdirməyi planlaşdırmır.
Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel brifinqdə bildirib.
“Deyə bilərəm ki, ABŞ-ın 1997-ci ildən sonra NATO-ya qoşulan ölkələrinin ərazisində nüvə silahı yerləşdirmək planı yoxdur”, – Patel bildirib.
Qeyd edək ki, NATO hazırda 36 ölkədən ibarətdir. 1997-ci ildən sonra alyansa 14 dövlət qoşuldu.