8 C
Baku
Wednesday, October 30, 2024

ABŞ neft bazarına nəzarəti ələ alıb

ABŞ-da şist netf hasil edən şirkətlər digər ölkələrin neft hasilatını azaltdıqları təqdirdə yaranan kəsiri tez bir zamanda doldurmağa hazırdır.”Bloomberg” agentliyinə verdiyi xəbərə görə, bunu OPEC prezidenti Abdulla əl-Bədri hər il ABŞ-ın Hyuston şəhərində keçirilən ənənəvi beynəlxalq neft-qaz konfransında bildirib. 

O qeyd edib ki, OPEC üzvləri və digər ölkələrin neftin qiymətini artırmaq üçün hasilatı azaltmaq və ya dondurmaq cəhdləri uğursuz olacaq. Çünki neftin bahalaşması ABŞ-ın şist neft hasilatçılarının çox qısa zamanda neft hasilatını artırması ilə müşaiyət olunacaq. Əl-Bədrinin sözlərinə görə, OPEC heç vaxt belə tez zamanda bərpa olunan enerji mənbəyi ilə rəqabət aparmayıb. Bu vəziyyət kartelə neft hasilatını azaldaraq qiymətlərin düşməsini əngəlləməyə imkan vermir.

“Energy Intelligence Group” konsaltinq şirkətinin proqnozlarına əsasən, ABŞ 2016-cı ildə neft hasilatını ən çox artıran ölkə olacaq. Onun OPEC üzvü olmayan neft hasilatçısı ölkələr içərisindəki payı 60%-ə qədərr və ya gündəlik 500 min barel artacaq. Bu da o deməkdir ki, neftin qiymətinin stabilləşməsi üçün öncə ABŞ-la razılaşmaq lazımdır. Lakin ABŞ qanunvericiliyinə əsasən, OPEC -lə dialoq mümkün deyil, çünki Energetika Nazirliyi özəl şirkətlərin fəaliyyətinə müdaxilə edə bilməz.

Qeyd edək ki, ABŞ Konqresi dekabr ayında 1975-ci ildən qüvvədə olan neft ixracı embarqosunu aradan qaldırıb. Bu qərardan sonra Şimali Dakota ştatının senatoru Haydi Haydkamp bildirib ki, ABŞ Səudiyyə Ərəbistanı, Rusiya və s. ölkələrlə rəqabət aparacaq.

Report

Son xəbərlər
Digər xəbərlər