17 C
Baku
Wednesday, October 29, 2025

ABŞ-ın neft ehtiyatları 4 həftədir ki, azalır

ABŞ-ın neft ehtiyatları 4-cü həftədir ki, azalmaqdadır. 

Rusiya mətbuatına istinadən xəbərə görə, bu barədə Amerika Neft İnstitutu (APİ) məlumat yayıb.

Azalma investorlar üçün gözlənilməz olub. Çünki analitiklər neft ehtiyatlarının 3 mln. barel artacağını proqnozlaşdırırdığı halda, son 1 həftədə sözügedən göstərici 752 min barel azalıb.

ABŞ-ın benzin ehtiyatları da 3,7 mln. barel azalıb. Ölkənin distilat ehtiyatları isə 7 həftəlik artımdan sonra 343 min barel azalma nümayiş etdirib.

ABŞ-ın Energetika Nazirliyi isə neft ehtiyatları ilə bağlı göstəricini hələ açıqlamayıb və bu günə gözlənilir. Bununla belə, qurum bəyan edib ki, son 3 həftə ərzində ehtiyatların həcmində 4% azalma baş verib. Bu məlumat dünya bazarından neftin bir qədər bahalaşmasına səbəb olub. “Brent” markalı qara qızılın hər barrelinin qiymıəti 0,75% artaraq 46,85 dollar olub.

Report

Son xəbərlər
Digər xəbərlər