ABŞ-da neft hasilatı bir çox analitiklərin və ölkəyə “rəqib” olan OPEC ölkələrinin və Rusiyanın gözləntilərindən daha sürətlə artır.
Banker.az saytının verdiyi məlumata görə, Platts konsaltinq şirkətinin hesabatına əsasən, ABŞ-da fəaliyyətdə olan neft və qaz qurğularının sayı aprel ayında 2016-cı il ilə müqayisədə iki qat artıb (107%).
Aprel ayında yerdə qazma qurğuların sayı 922-ə çatıb ki, bu da mart ayında olduğundan 70, 2016-cı ilin aprel ayında olduğundan 510 ədəd çoxdur.
Qeyd etmək lazımdır ki, fəal qazma qurğularının bu şəkildə qəfil artımı ABŞ-da neft hasilatı ilə bağlı proqnozların əhəmiyyətli dərəcədə artırılmasına səbəb oldu. ABŞ-ın Energetika məlumatlarının idarəsi (EIA) qurumunun məlumatlarına əsasən, may ayında şist neft istehsalı sutkada 124 min barrelə yüksələcək.
Hazırda OPEC təşkilatı neft hasilatının gündə 1,2 milyon barrel azaldıması ilə bağlı razılığın müddətinin uzadılması mümkünlüyünü nəzərdən keçirir.






