27 C
Baku
Thursday, August 11, 2022

ABŞ neft hasilatını artırmaq üçün S.Ərəbistanı ilə gizli danışıqlar aparır

ABŞ prezidenti Cozef Baydenin müşavirləri krallığın neft hasilatının mümkün artırılmasını müzakirə etmək üçün Səudiyyə Ərəbistanına gizli səfərdədir.

Bu barədə “Axios” portalı ABŞ hakimiyyətinin bir sıra indiki və keçmiş nümayəndələrinə istinadən xəbər yayıb.

Qeyd olunub ki, Ağ Evin Yaxın Şərq siyasəti üzrə koordinatoru Brett Makqurk və Dövlət Departamentinin qlobal enerji təhlükəsizliyi üzrə baş məsləhətçisi Amos Hokşteyn artıq krallığa gediblər.

“Birləşmiş Ştatlar, xüsusən də, Ukraynadakı münaqişə fonunda Rusiya neftinə qarşı geniş sanksiyalar tətbiq edə bilmək üçün Səudiyyə Ərəbistanından neft hasilatını artırmasını istəyir”, – “Axios” qeyd edir.

ABŞ hakimiyyəti 2022-ci ilin payızında ölkədə keçiriləcək aralıq seçkiləri ərəfəsində də yanacaq qiymətlərini aşağı salmaq istəyir.

Son xəbərlər
Oxşar xəbərlər