17 C
Baku
Tuesday, October 15, 2024

ABŞ neft qiymətləri üzrə proqnozunu açıqlayıb

ABŞ Energetika Nazirliyi 2024-cü ildə “Brent” etalon markalı neftin orta qiyməti ilə bağlı proqnozunu 84,44 ABŞ dollarından 82,8 dollaradək endirib.

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına əsasən, 2025-ci ildə “Brent” neftinin orta qiymətinin 84,09 dollar təşkil edəcəyi ehtimal olunur (öncəki proqnoz – 85,71 dollar).

Qeyd olunur ki, 2023-cü ildə “Brent”in orta qiyməti 82,41 dollar təşkil edib.

Hesabata əsasən, WTI (“West Texas Intermediate”) etalon markalı xam neftin bir barelinin orta qiyməti 2024-cü ildə 78,8 dollar (öncəki proqnoz göstərici – 80,21 dollar), 2025-ci ildə isə 79,63 dollar (öncəki proqnoz – 81,21 dollar) səviyyəsində olacaq.

Hesabatda vurğulanır ki, WTI markalı xam neftin bir barelinin orta qiyməti 2023-cü ildə 77,58 dollar təşkil edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər