9 C
Baku
Friday, December 13, 2024

ABŞ neft qiymətlərini sabitləşdirmək üçün müttəfiqləri ilə işləməyə davam edəcək

Amerika Birləşmiş Ştatları qlobal neft qiymətlərini sabitləşdirmək və Rusiya neftinin qiymət tavanını müzakirə etmək üçün müttəfiqləri ilə sıx əməkdaşlığı davam etdirmək niyyətindədir.

Bunu ABŞ maliyyə nazirinin beynəlxalq məsələlər üzrə müavini Cey Şambo Vaşinqtonda Brukinqs İnstitutunda keçirilən seminarda bildirib.

“Biz Rusiya prezidenti Vladimir Putinin neft gəlirlərini aşağı sala biləcəyimizə və eyni zamanda qlobal neft qiymətlərini sabitləşdirə biləcəyimizə əmin olmaq üçün Rusiya neftinin qiymətlərinin yuxarı həddi kimi məsələlərdə müttəfiqlərimizlə yaxından işləməyə davam edəcəyik”-deyə, o bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir sıra OPEC ölkələri könüllü olaraq 2023-cü ilin mayından neft hasilatını azaltmaqla bağlı qərar qəbul edib.

OPEC və müttəfiqlərinin hasilatı azaltması gələn ay neft tədarükünün gündəlik 1,1 milyon barel azalması ilə nəticələnəcək. Səudiyyə Ərəbistanı gündəlik 500 min barel azalma ilə neft hasilatının azalmasına qoşulacaq.

İraq, Küveyt və Birləşmiş Ərəb Əmirlikləri də gündəlik 100 min bareldən çox azalmaya qoşulur, Rusiya isə gündəlik 500 min barel azaltmanı daha əvvəl bildirmişdi. “OPEC+”un hasilatı qəfildən azaltma qərarı qiymətləri kəskin qaldırıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər