Pakistan öz tarixində ilk dəfə ABŞ-dən xam neftin ilk partiyasını qəbul edib.
Bu barədə məlumatı Pakistanın “Dawn” portalı yayıb.
Bildirilib ki, yük “Suezmax MT Pegasus” adlı gəmi ilə “Cnergyico” şirkətinin Bəlucistan sahilindəki limanına çatdırılıb.
Şirkətin sədr müavini Usama Qureşi qeyd edib ki, ABŞ xam neftinin ilk dəfə Pakistana gətirilməsi ölkənin enerji sektoru və “Cnergyico” şirkəti üçün mühüm dönüş nöqtəsidir.
O, həmçinin bildirib ki, neftin ikinci partiyasının noyabrın ortalarında, üçüncü partiyasının isə 2026-cı ilin yanvarında çatdırılması gözlənilir.
Məlumata görə, Pakistanın ABŞ-dən neft idxalı iki ölkə arasında ticarət balansını təxminən 200 milyon ABŞ dolları məbləğində yaxşılaşdıracaq.






