19 C
Baku
Sunday, May 19, 2024

ABŞ Nigeriya vətəndaşları üçün viza məhdudiyyəti tətbiq edir

ABŞ Dövlət Departamenti Vaşinqtonun fikrincə, Nigeriyada demokratiyaya zərbə vuran bu Afrika ölkəsi vətəndaşları üçün viza məhdudiyyəti tətbiq etmək niyyətindədir.

Report agentliyi TASS-a istinadən xəbər verir ki, bu barədə Amerika xarici siyasət idarəsinin çərşənbə axşamı yaydığı bəyanatda deyilir.

“ABŞ-ın dövlət katibi [Maykl Pompeo] Nigeriyada demokratiyaya görə məsuliyyət daşıyan və ya ona zərbə vurduğu hesab edilən nigeriyalılar üçün viza məhdudiyyəti tətbiq edir. Bu şəxslər Nigeriya xalqının hesabına cəzasız fəaliyyət göstəriblər və demokratiya prinsipləri və insan haqlarını pozublar”, – deyə məlumatda bildirilir.

İdarədən məhdudlaşdırıcı tədbirlərin konkret olaraq kimlərə qarşı yönələcəyini açıqlamayıblar, lakin bütünlüklə Nigeriya sakinləri və yeni hökumətə qarşı deyil, müəyyən şəxslərə şamil ediləcəyini bildiriblər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər