13 C
Baku
Monday, May 6, 2024

ABŞ-nin ən böyük sığorta şirkəti müştəri məlumatlarına girişi bərpa etmək üçün hakerlərə $23 mln. ödəyib

“UnitedHealth Group” bazar ertəsi, aprelin 22-də CNBC-yə bildirib ki, bu ilin fevral ayında sığorta şirkətinin sistemini “hack” edən hakerlərin tələblərini yerinə yetirmək məcburiyyətində qalıb. Şirkət müştəri məlumatlarına nəzarəti bərpa etmək üçün təcavüzkarlara pul ödəyib.

“Hücum pis niyyətli şəxslər tərəfindən həyata keçirilib və biz araşdırmamızın bir hissəsi olaraq hüquq-mühafizə orqanları və bir neçə aparıcı kibertəhlükəsizlik firması ilə əməkdaşlığı davam etdiririk. Pul şirkətin öhdəliyinin bir hissəsi kimi müştəri məlumatlarını qorumaq üçün ödənilib”, – mesajda deyilir.

Təxminən 152 milyon müştəriyə xidmət göstərən “UnitedHealth” fevral ayında bildirmişdi ki, hakerlər onun törəmə şirkəti “Change Healthcare”in sistemlərini “hack” edə biliblər. Nəticədə hakerlər tibbi məlumatları və şəxsiyyəti müəyyən edən məlumatları ehtiva edən fayllara giriş əldə ediblər.

Şirkət hakerlərə nə qədər pul ödədiyini açıqlamayıb. Mart ayında “Reuters” xəbər vermişdi ki, “UnitedHealth”ə hücumun arxasında “Blackcat” haker qrupunun elektron pul kisəsinə 350 Bitcoin (indiki məzənnə ilə təxminən 23.2 milyon dollar) köçürülüb. Bu, yəqin ki, sığorta şirkətinə ödəniş idi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər