24 C
Baku
Thursday, September 11, 2025

ABŞ-nin ən varlı 400 adamının ümumi sərvəti rekord $6.6 trilyona çatıb

ABŞ-nin ən varlı 400 adamının ümumi sərvəti rekord 6.6 trilyon dollara çatıb, İlon Mask isə hələ də siyahının ilk sırasında qalır. Bu barədə “Forbes” jurnalı məlumat yayıb.

2025-ci ildə reytinqə düşmək üçün ən azı 3.8 milyard dollarlıq sərvətə sahib olmaq lazımdır. “Forbes” qeyd edir ki, bu, 2024-cü ilin minimum göstəricisindən 500 milyon dollar çoxdur.

2025-ci ildə Maskın sərvəti rekord həddə – 438 milyard dollara çatıb. İkinci yerdə texnologiya şirkəti “Oracle”ın direktorlar şurasının sədri Larri Ellison (276 milyard dollar), üçüncü yerdə isə “Meta” korporasiyasının həmtəsisçisi Mark Zukerberq (253 milyard dollar) qərarlaşıb. İlk beşliyi “Amazon”un qurucusu Ceff Bezos (241 milyard dollar) və “Google”un həmtəsisçisi Larri Peyc (179 milyard dollar) tamamlayır.

ABŞ-nin hazırkı prezidenti Donald Tramp siyahıda 201-ci yeri tutub, onun sərvəti 7.3 milyard dollar təşkil edir.

Son xəbərlər
Digər xəbərlər