19 C
Baku
Thursday, April 24, 2025

ABŞ-nin 12 ştatı Tramp tariflərinə qarşı iddia qaldırıb

ABŞ-nin 12 ştatı prezident Donald Tramp administrasiyasının tətbiq etdiyi tarifləri ləğv etmək üçün məhkəməyə müraciət edib. Bu barədə Nyu-York qubernatorunun mətbuat xidməti məlumat yayıb. Bəyanatda deyilir ki, tariflər “iqtisadi artımı yavaşlatacaq, işsizliyi, inflyasiyanı və tənəzzül riskini artıracaq”.

İddia ABŞ Beynəlxalq Ticarət Məhkəməsində qaldırılıb. Nyu-Yorka həmçinin Arizona, Kolorado, Konnektikut, Delaver, İllinoys, Men, Minnesota, Nevada, Nyu Meksiko, Oreqon və Vermont ştatları qoşulub.

Donald Tramp aprelin əvvəlində 185 ölkəyə idxal rüsumları tətbiq edib. Ən böyük tariflər Çinə qarşı olub və 145% təşkil edib. Cənab Tramp əvvəllər demişdi ki, onun tətbiq etdiyi tariflər hər gün ölkəyə 2 milyard dollar gəlir gətirir. Onun sözlərinə görə, 70-dən çox ölkə Vaşinqtonla tariflərlə bağlı danışıqlara hazırdır.

Son xəbərlər
Digər xəbərlər