21 C
Baku
Tuesday, June 3, 2025

ABŞ-nin Apelyasiya Məhkəməsi ticarət tariflərini bərpa etdi, məmur isə $50 mlrd.-lıq gəlirdən danışır

ABŞ-nin Apellyasiya Məhkəməsi cümə axşamı Prezident Donald Trampın ticarət tarifləri haqqında sərəncamlarını bərpa edib. Bu barədə xarici KİV məlumat yayıb.

“Dərhal İnzibati dayandırma tələbi, bu işlərdə Beynəlxalq Ticarət Məhkəməsi tərəfindən verilən qərar və davamlı qadağaların, məhkəmə vəsatətlərə baxarkən əlavə bildiriş gələnə qədər müvəqqəti olaraq saxlanılır”, – məhkəmənin qərarında deyilir.

Dünən Kolumbiya Dairəsinin Federal Məhkəməsi Tramp administrasiyası tərəfindən ÇXR mallarına tətbiq olunan rüsumları qanunsuz sayaraq ləğv edib. İki gün əvvəl ABŞ-nin Beynəlxalq Ticarət üzrə Federal Məhkəməsi Amerika liderinin idxal rüsumları tətbiq etmək qərarının icrasını bloklayıb və bunu Prezidentin səlahiyyətlərini aşması ilə əsaslandırıb.

Bu arada, Ağ Evdə Milli İqtisadi Şuranın rəhbəri Kevin Hasset deyib ki, prezidentin tətbiq etdiyi ticarət tarifləri ölkə iqtisadiyyatına azı 50 milyard dollar gəlir gətirib.

“Tariflər tətbiq olunandan bəri biz 50-60 milyard dollar tarif gəlirləri əldə etmişik. Hər şey gözlədiyimiz kimidir və bu gün Apellyasiya Məhkəməsinin tariflərin bərpası ilə bağlı qərarından çox razıyıq”, – o, “Fox News”a müsahibəsində bildirib.

Hassett əmindir ki, ABŞ-nin Beynəlxalq Ticarət üzrə Beynəlxalq Məhkəməsi çərşənbə günü Trampın tarif siyasətinin həyata keçirilməsini əngəlləməklə, digər ölkələrlə “ticarət razılaşmalarının qarşısını almağa çalışıb”. “Müqavilələrin bir çoxu imzalanmaq üzrədir. Apellyasiya Məhkəməsi bizə daha çox vaxt verdi və bu o deməkdir ki, bizim sövdələşmələri başa çatdırmaq üçün vaxtımız olacaq”, – məmur əlavə edib.

Son xəbərlər
Digər xəbərlər