7 C
Baku
Wednesday, January 8, 2025

ABŞ-nin bank ehtiyatları 2020-ci ilin oktyabrından bəri ilk dəfə 3 trln. dollardan aşağı düşüb

Federal Ehtiyat Sisteminin (FED) balansını azaltmağa davam etmək qərarında əsas amil olan ABŞ bank sisteminin ehtiyatları 3 trilyon dollardan aşağı düşərək 2020-ci ilin oktyabr ayından bəri ən aşağı səviyyəyə düşüb.

Məlumata görə, yanvarın 1-dək olan həftə ərzində ABŞ-nin bank ehtiyatları təxminən 326 milyard dollar azalaraq 2.89 trilyon dollara düşüb. Bu, iki il yarımdan çox müddətdə ən böyük həftəlik enişdir.

Uoll-Strit strateqləri ehtiyatların minimum komfort səviyyəni diqqətlə izləyirlər. Bəziləri onun 3 trlyon dollarla 3.25 trilyon dollar arasında dəyişəcəyini gözləyirlər. Siyasətçilər balansı azaltmağa davam etdiklərini söyləyirlər.

Borc tavanının bərpa olması, çox güman ki, siyasətçilər üçün ideal səviyyəni müəyyənləşdirməyi çətinləşdirəcək, çünki Xəzinədarlığın limiti saxlamaq üçün görəcəyi tədbirlər maliyyə sisteminə likvidliyi süni şəkildə daxil etməyə və ehtiyat çatışmazlığı göstəricilərini maskalamağa meyllidir. Dilerlər və bazar iştirakçıları arasında sorğusuna qatılan respondentlərin üçdə ikisi QT-nin 2025-ci ilin birinci və ya ikinci rübündə başa çatacağını gözləyirlər.

Son xəbərlər
Digər xəbərlər