16 C
Baku
Friday, October 18, 2024

ABŞ-nin büdcə kəsiri 10% artıb

ABŞ hökumətinin büdcə kəsiri iyulda 243.74 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə (220.782 milyard dollar) 10.4% çoxdur, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

ABŞ büdcəsinin gəlirləri bir il əvvəlki 276.161 milyard dollarla müqayisədə 19.6% artaraq 330.377 milyard dollara çatıb. Xərclər 15.5% artaraq 496.943 milyard dollardan 574.119 milyard dollara yüksəlib.

Oktyabrın 1-də başlayan 2024-cü maliyyə ilinin on ayı ərzində ABŞ-nin büdcə kəsiri 6% azalaraq 1.517 trilyon dollara düşüb, Banker.az bu barədə İnterfax.ru-ya istinadən xəbər verir.

Cari maliyyə ilinin əvvəlindən büdcə gəlirlərinin həcmi 10.7% artaraq 4.085 trilyon dollar təşkil edib. Xərclər 5.6% artaraq 5.602 trilyon dollara çatıb. O cümlədən dövlət borcu üzrə faiz ödənişləri 32% artaraq 956 milyard dollara yüksəlib.

Sentyabrın 30-da başa çatan 2023-cü maliyyə ili üçün ABŞ hökumətinin büdcəsinin mənfi saldosu 23% artımla 1.695 trilyon dolları keçib. 2020-ci maliyyə ilinin sonunda ölkədə 3.1 trilyon dollarlıq rekord kəsir qeydə alınıb. Sonuncu dəfə büdcə profisiti 2001-ci maliyyə ilində olub.

Son xəbərlər
Digər xəbərlər