15 C
Baku
Sunday, November 24, 2024

ABŞ-nin büdcə kəsiri 22 mlrd. dollara düşüb

ABŞ Maliyyə Nazirliyinin aylıq hesabatına görə, 2024-cü ilin yanvarında ölkənin büdcə kəsiri dekabrdakı 129 milyard dollardan 21.93 milyard dollara qədər azalıb. Xatırladaq ki, ötən ilin yanvarında ABŞ büdcəsində 38 milyard dollardan çox kəsir qeydə alınıb, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir.

Departamentin hesabatına görə, yanvarda ABŞ hökumətinin xərcləri illik ifadədə 2.7% artaraq 499.25 milyard dollar təşkil edib. Yanvarda ən çox sosial təminata pul xərclənib – 121 milyard dollar. Müdafiə ehtiyaclarına 60 milyard dollar ayrılıb.

Gəlirlər 6.7% artaraq 477.32 milyard dollara çatıb. Əsas gəlir mənbəyini mənfəət vergisi olub – yanvarda bu sahədən büdcəyə 283 milyard dollar daxil olub. Korporativ mənfəət vergiləri isə ABŞ-yə 20 milyard dollar gəlir gətirib.

Fevralın 11-də Dubayda keçirilən sammitdə çıxışı zamanı Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva qlobal iqtisadiyyatın “təəccüblü dərəcədə dayanıqlı” olduğunu bildirib. Onun sözlərinə görə, qlobal iqtisadiyyatın ortamüddətli artım perspektivləri “təvazökar olaraq qalır” – ildə 3%-ə qədər.

Son xəbərlər
Digər xəbərlər