ABŞ hökumətinin 2024-cü maliyyə ili üçün sentyabrın 30-da başa çatan büdcə kəsiri əvvəlki illə müqayisədə 137.6 milyard dollar (8.1%) artaraq 1 trilyon 832.8 milyard dollar təşkil edib, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
Banker.az xəbər verir ki, mənfi saldo COVID-19 pandemiyasının ilk iki ilində qeydə alınan göstəricilərdən sonra rekord olub. Ötən maliyyə ilində gəlirlər 10.8% artaraq 4 trilyon 918.7 milyard dollar təşkil edib.
Bununla yanaşı, xərclər 10.1% artaraq 6 trilyon 751.55 milyard dollara çatıb, o cümlədən dövlət borcu üzrə faiz ödənişləri 29 faiz artaraq rekord həddə – 1.133 trilyon dollar olub.
2024-cü maliyyə ilində ABŞ-nin büdcə kəsiri bir il əvvəl ÜDM-in 6.2%-i ilə müqayisədə ÜDM-in 6.4%-ni təşkil edib.
Bu arada, sentyabr ayında keçən ilin eyni ayındaki 170.715 milyard dollarlıq kəsirlə müqayisədə 64.263 milyard dollar müsbət saldo qeydə alınıb. Gəlirlər 12.9% artaraq 527.62 milyard dollara çatıb. Xərclər 27.4% və ya 463,357 milyard dollara qədər azalıb ki, bu da bir sıra ödənişlərin bu il qeyri-iş gününə təsadüf edən sentyabrın 1-dən təxirə salınması ilə əlaqədar olub.