7 C
Baku
Thursday, December 12, 2024

ABŞ-nin Cənubi Qafqaz danışıqları üzrə müşaviri Azərbaycana səfər edəcək

ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz danışıqları üzrə müşaviri Lui Bono ABŞ-nin sülh prosesinə dəstəyini, davamlı və layiqli sülhə nail olmağın yollarını müzakirə etmək üçün həftə ərzində regiona səfər edir.

Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyindən bildirilib.

“Cənab Bono Ermənistan-Azərbaycan sülh prosesini dəstəkləmək üçün əsas maraqlı tərəflərlə görüşməyi planlaşdırır.

O, həm Azərbaycana, həm də Ermənistana səfər edəcək.

Biz Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirən istənilən prosesə kömək etməyə hazırıq”, – qeyd olunub.

Qeyd edək ki, Lui Bono Ermənistanda səfərdədir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər