4 C
Baku
Thursday, December 25, 2025

“ABŞ-nin dövlət borcu saniyədə 75 min dollar artır”

ABŞ hökumətinin xərclərinə dair senator Rend Pol tərəfindən hazırlanan illik hesabata əsasən, ABŞ-nin dövlət borcu bu il saniyədə 75 min dollar artır.

Senator növbəti onillikdə ABŞ-nin “borcunu daha 23,9 trilyon dollar artıracağını” proqnozlaşdırır.

“ABŞ hökuməti növbəti on il ərzində borcunu hər gün 6,53 milyard dollardan çox artıracaq. Biz hər saatda 272 milyon dollardan, hər dəqiqədə 4,54 milyon dollardan və hər saniyədə 75 min dollardan çox borclanırıq”, – deyə o qeyd edir.

Birləşmiş Ştatların dövlət borcu hazırda 38,5 trilyon dolları və ya adambaşına 112 min dolları ötür. Amerikalı ekspertlərin əksəriyyətinin fikrincə, ABŞ büdcəsinin balanslaşdırılması üçün on il lazımdır. Onlar vergi ödəyiciləri üçün yükə çevrilən lazımsız xərclərin azaldılmasını təklif edirlər.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər