30 C
Baku
Thursday, August 14, 2025

ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə $37 trilyonu keçib

ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə olaraq 37 trilyon dolları ötüb. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, avqustun 11-nə ümumi borc 37 004 817 625 842,56 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, apreldə ABŞ dövlət borcu tavanını artırdığını elan edib.

ABŞ-nin dövlət borcu ilk dəfə 2024-cü ilin iyulunda 35 trilyon dolları keçib. Konqresin Büdcə İdarəsi 2034-cü ilə qədər ABŞ-nin dövlət borcunun 50.7 trilyon dollara və ya ölkənin ÜDM-nin 122%-nə qədər artacağını proqnozlaşdırır. ABŞ-nin borcunun ÜDM-ə nisbəti 2013-cü ildə 100%-i keçib və o vaxtdan bu rəqəmdən aşağı düşməyib.

Son xəbərlər
Digər xəbərlər