ABŞ-nin artan milli borcu ölkənin qlobal miqyasda iqtisadi mövqeyini təhdid edir.
Bu barədə “Fox Business” nəşri məlumat verib.
Hazırda ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, ölkənin dövlət borcu 35 trilyon dolları ötür. Bununla belə, məqalənin müəllifləri onun rekord artımını proqnozlaşdırırlar.
“Son hesabatlar onun növbəti onillikdə heç vaxt olmadığı qədər, 54 trilyon dollara qədər artacağını göstərir”, – deyə nəşr qeyd edir.
ABŞ-nin dövlət borcu hər 100 gündə, bir trilyon dollar artır. Bundan əlavə, borclara xidmət xərcləri bu il ilk dəfə olaraq müdafiə xərclərini üstələyib.