19 C
Baku
Wednesday, October 8, 2025

ABŞ-nin “ExxonMobil” şirkəti İraqda dünyanın ən zəngin neft yataqlarından birini istismar edəcək

ABŞ-nin enerji nəhəngi olan “ExxonMobil” şirkəti ehtiyatları təqribən 38 milyard barel təşkil edən və dünyanın ən zəngin neft yataqlarından biri olan Məcnun yatağının işlənməsi və istismarı üçün Bağdadla razılıq əldə edib.

Bu barədə “Reuters” agentliyi İraqın üç rəsmi mənbəsinə istinadən məlumat verib.

Məlumata görə, razılaşmalar, həmçinin ölkənin cənubunda İraq neftinin ixrac infrastrukturunun modernləşdirilməsini və xam neft və neft məhsulları ticarətindən əldə olunan gəlirin bölüşdürülməsini nəzərdə tutur. ABŞ-nin neft və qaz nəhəngi eyni zamanda Asiya bazarında İraq nefti üçün neft anbarlarının təmin edilməsi ilə üzrə müqavilə də imzalayacaq. Müqavilələrin dəyəri açıqlanmır.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər