13 C
Baku
Monday, December 8, 2025

ABŞ-nin hərbi büdcəsi 2026-cı ildə 900 milyard dolları keçə bilər

ABŞ Konqresi ölkənin 2026-cı maliyyə ili üçün hərbi büdcə layihəsini təqdim edib. Büdcəyə 901 milyard dollar ayrılması təklif olunur ki, bu da ABŞ prezidentinin istədiyi məbləğdən 8 milyard dollar çoxdur.

Donald Tramp Konqresdən hərbi xərclər üçün 892,6 milyard dollar ayırmağı xahiş etmişdi. Senat əvvəlcə xərclərin 925 milyard dollara yüksəldilməsini təklif edib, Nümayəndələr Palatası isə prezidentin istədiyi məbləğə uyğun xərc limitini müdafiə edib. Nəticədə, qanunvericilər kompromis variantını qəbul ediblər.

2025-ci maliyyə ilində ABŞ-nin hərbi büdcəsi 884 milyard dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər