6 C
Baku
Sunday, December 15, 2024

ABŞ-nin keçmiş maliyyə naziri “TikTok”u almaq istəyir

ABŞ-nin keçmiş maliyyə naziri Stiven Mnuçin “CNBC” telekanalında bildirib ki, o, Çinin “ByteDance” şirkətindən “TikTok” sosial şəbəkəsini almaq üçün investorlardan ibarət konsorsium toplayır.

Cənab Mnuçin bəyanatını ABŞ Nümayəndələr Palatasının amerikalıları xarici düşmənlərin nəzarətində olan tətbiqlərdən qorumaq üçün qanun layihəsini dəstəkləməsinin ertəsi günü edib. Qanun layihəsi Senat tərəfindən təsdiqlənərsə, “ByteDance”a “TikTok”u amerikalı investorlara satmaq üçün altı ay vaxtı olacaq.

“Hesab edirəm ki, qanun layihəsi təsdiqlənməlidir və o (sosial şəbəkə) satılmalıdır. Bu, əla biznesdir və mən “TikTok”u almaq üçün bir qrup investoru bir araya gətirmək niyyətindəyəm”, – Mnuçin söyləyib.

Bununla belə, “CNBC”nin qeyd etdiyi kimi, amerikalı senatorlar arasında sənədə münasibət Nümayəndələr Palatasındakı kimi birmənalı deyil. Bu arada, Çin şirkətinin baş direktoru Şou Zi Çu daha əvvəl “TikTok”un satışının müzakirə belə edilmədiyini deyib. Çin Xarici İşlər Nazirliyi isə “TikTok”u qadağan edən qanun layihəsini quldurluq adlandırıb.

Son xəbərlər
Digər xəbərlər