Ötən həftənin yekunlarına görə, ABŞ-də kommersiya neft ehtiyatları 3 741 min barel azalaraq 436 485 min barel təşkil edib.
Bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.
Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 2 600 min barel azalacağını proqnozlaşdırırdı.
Qeyd edək ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.