8 C
Baku
Monday, November 18, 2024

ABŞ-nin kommersiya neft ehtiyatları 450 mln. bareldən aşağı enib

Ötən həftənin yekunlarına görə, ABŞ-də kommersiya neft ehtiyatları 12 157 min barel azalaraq 448 539 min barel təşkil edib.

Bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 400 min barel azalacağını proqnozlaşdırırdı.

ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər