ABŞ-ın kompüter istehsalçısı HP şirkəti Rusiyadakı törəmə şirkətini ləğv edir.
Məlumata görə, bu addım ötən ilin may ayında qəbul edilmiş qərara uyğun olaraq atılır.
HP Rusiya bazarına rəsmən 2015-ci ildə daxil olub, 2022-ci ildə isə məhsullarının bu ölkəyə tədarükünü dayandırmağa qərar verib. 2022-ci ildə törəmə şirkətin zərəri 1,7 milyard rubl təşkil edib.
Bundan əvvəl, ötən ilin mart ayında ABŞ-ın surətçıxarma maşınları istehsalçısı “Xerox Holdings” korporasiyası Rusiyaya ixracı dayandırıb.