12 C
Baku
Tuesday, April 15, 2025

ABŞ-nin korporativ investisiya öhdəlikləri 1,9 trilyon dollara çatıb

Donald Trampın prezidentlik müddətinin əvvəlindən bəri ABŞ iqtisadiyyatına kapital yerləşdirmək istəyən özəl və xarici şirkətlərin investisiya öhdəliklərinin ümumi həcmi 1,9 trilyon dollara çatıb.

“Financial Times” qəzetinin məlumatına görə, elan edilmiş ən böyük investisiyalara “Apple” korporasiyasından 500 milyard dollar, “SoftBank” telekommunikasiya holdinqi və yarımkeçirici istehsalçısı “TSMC” şirkətinin hər birindən 100 milyard dollar daxildir.

“Dartmut” kollecinin professoru Teresa Fortanın fikrincə, bu investisiyaların xeyli hissəsi Birləşmiş Ştatların Çin, Hindistan, Avropa İttifaqı və Cənubi Koreya da daxil olmaqla, bir sıra əsas ticarət tərəfdaşları ilə tarif münaqişəsinin kəskinləşməsi fonunda təhlükə altına düşüb. Bəzi analitiklər isə əksinə, hesab edirlər ki, ABŞ-nin proteksionist siyasəti hasilatın ölkə ərazisinə transferini sürətləndirə bilər.

“Capgemini” Tədqiqat İnstitutunun məlumatına görə, Amerika korporasiyaları üç il ərzində istehsal gücünü ölkəyə qaytarmaq üçün təxminən 1,1 trilyon dollar xərcləməyi planlaşdırır ki, bu da 2024-cü ildəki 750 milyard dollarla müqayisədə xeyli yüksəkdir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər