11 C
Baku
Monday, November 25, 2024

ABŞ-nin neft xidmətləri göstərən şirkəti Rusiyadakı mövcudluğunu genişləndirir

ABŞ-nin neft xidmətləri göstərən ən böyük şirkətlərindən olan SLB (keçmiş “Schlumberger”) əsas rəqiblərinin Rusiyanı tərk etməsinə baxmayaraq, adıçəkilən ölkədəki mövcudluğunu genişləndirir.

Nəşrin məlumatına görə, keçən il Rusiyadakı biznesi SLB-yə 1,6 milyard ABŞ dolları qazandırıb ki, bu da onun 33,1 milyard dollarlıq ümumi gəlirinin 5 %-ni təşkil edir. 2023-cü ilin sonunda SLB-nin Rusiyada balans dəyəri ilə 600 milyon ABŞ dolları olan xalis aktivləri olub.

“Qərar qəbul etdikdə, lazım gələrsə, bunu açıq şəkildə açıqlayacağıq. Amma indi heç bir qərar yoxdur”, – şirkətin baş direktoru Olivye Le Pöş “Financial Times”ın Rusiya bazarını tərk etməklə bağlı müvafiq sualını cavablandırarkən deyib.

Top menecer həmçinin xatırladıb ki, iyul ayından etibarən SLB Rusiyaya hər hansı bir texnologiyanın tədarükü və dəstəyinin qarşısını almaq və qadağan etmək üçün nəzarət tədbirləri tətbiq edib. Onun fikrincə, bu addım uzunmüddətli perspektivdə ölkənin dənizdəki bəzi neft yataqlarını işlətmək imkanlarının pisləşməsinə gətirib çıxaracaq.

Bundan əvvəl şirkət Rusiyaya yeni investisiyaları və məhsullarının tədarükünü dayandırmışdı.

Qeyd edək ki, Qərbin sanksiyalarının sərtləşdirilməsindən sonra bir çox xarici şirkətlər Rusiyanı tərk etdiklərini açıqlayıblar. Dünyanın ən böyük neft xidməti şirkətlərindən Rusiyanı tərk edənlər arasında “Halliburton” və “Baker Hughes” da var.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər