ABŞ-nin texnologiya sektoru Trampın açıqlamalarından sonra $1 trilyon itirib
ABŞ prezidenti Donald Trampın Amerika iqtisadiyyatının yavaşlaya biləcəyi ilə bağlı açıqlamalarından sonra NASDAQ 100 texnologiya indeksinin səhmləri kapitallaşmada 1 trilyon dollar itirib. Martın 9-da “Fox News”a müsahibə verən zaman cənab Tramp mümkün tənəzzüllə bağlı sualdan yayınaraq, idxal olunan mallara tariflərin artırılmasının Amerika iqtisadiyyatına təsir göstərə biləcəyini etiraf edib.
NASDAQ 100 indeksi təxminən 4% azalaraq 2022-ci ildən bəri ən pis səviyyəyə düşüb.”Tesla” elektrik avtomobil istehsalçısının indeksi Bakı vaxtı ilə saat 22:13-də 14% azalaraq ən pis nəticə nümayiş etdirib. Proqram təminatı istehsalçısı “Palantir Technologies”in səhmləri 11%, “Apple” – 5.3%, “Microsoft” – 3.5%, NVIDIA isə 4.8% ucuzlaşıb.
Xatırladaq ki, seçki kampaniyası zamanı Donald Tramp onun prezidentliyi dövründə ABŞ-nin “Qızıl əsr”ə qədəm qoyacağını bəyan edib. Cənab Tramp martın 5-də Konqresə “Ölkənin vəziyyəti” ilə bağlı müraciətində bu məqamı təkrar edərək Amerikanın “Qızıl əsrinin təzəcə başladığını” elan edib.