12 C
Baku
Wednesday, December 11, 2024

ABŞ-nin texnologiya şirkətlərinin səhmləri rekord ucuzlaşıb

ABŞ-nin aparıcı texnologiya şirkətlərinin səhmlərinin qiymətləri ticarətin açılışında 10-17% ucuzlaşıb.

Ucuzlaşmanın lideri 17% itirən “Nvidia” olub. “Amazon”, “Apple”, “Meta”, “Microsoft”, “Alphabet” və “Tesla”nın qiymətləri 9-10% düşüb.

Bundan əlavə, iyul ayında inflyasiyanın aşağı düşməsi və ticarətin dayandırılması fonunda İstanbul Birjası İndeksi 6.72% ucuzlaşıb.

Birjalarda səhmlərin kütləvi satışı cümə günü başlayıb. Buna Yaponiya Mərkəzi Bankının uçot dərəcəsini 0-0.1%-dən 0.25%-ə qaldırmaq qərarı səbəb olub. Bu, ilin əvvəlindən bəri ikinci artımdır. Beləliklə, Yaponiya və ABŞ məzənnələri arasındakı fərq azalıb, yen dollara nisbətən möhkəmlənib.

Səhm bazarına təsir göstərən daha bir amil ABŞ-nin statistik göstəriciləri olub. Ölkə iqtisadiyyatı artsa da, bəzi göstəricilər (məsələn, sənaye biznes fəaliyyəti indeksi) kəskin azalıb.

Son xəbərlər
Digər xəbərlər