9 C
Baku
Thursday, December 12, 2024

ABŞ-nin ticarət kəsiri ikiillik maksimuma çatıb

Sentyabrda ABŞ-nin ticarət kəsiri gözləniləndən daha çox artıb.

Bu barədə Kommersiya Departamentinin son hesabatında bildirilib. Hesabatda qeyd olunur ki, sentyabrda satış və xidmət ixracında 84,4 milyard dollarlıq kəsir yaranıb. Bu da avqust ayı ilə müqayisədə 19 faiz çoxdur. Halbuki, ekspertlər maksimum 74 milyard dollar defisit gözləyirdilər.

Ticarət kəsiri illik əsasda 11,8 faiz artıb ki, bu da ixracın idxalı üstələməsi ilə izah edilir. Hesabat dövründə ixrac 3,2 milyard dollar azalıb.

Departament bildirir ki, ABŞ əsasən avtomobil, kompüter və yarımkeçiricilər idxal edib. Ölkənin ticarət dövriyyəsində əsas yeri Çin, Avropa İttifaqı və Meksika tutur.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər