18 C
Baku
Wednesday, May 7, 2025

ABŞ-nin ticarət kəsiri tarif artımı ərəfəsində rekord $140.5 milyarda çatıb

ABŞ-nin ticarət kəsiri martda fevral ayı ilə müqayisədə 14% artaraq rekord həddə – 140.5 milyard dollara çatıb. İqtisadi Təhlil Bürosu bu məlumatı dünən, mayın 6-da dərc edib. 2024-cü ilin mart ayı ilə müqayisədə ticarət kəsiri təxminən iki dəfə və ya 92.6% artıb. Qeyd edək ki, “Bloomberg”in sorğusuna qatılan analitiklər mart ayında ticarət kəsirinin orta hesabla 137.2 milyard dollar olacağını gözləyirdilər.

Martda Amerika ixracatı əvvəlki ayla müqayisədə cəmi 0.2% artaraq 278.5 milyard dollara, idxalı isə 4.4% artaraq 419 milyard dollara çatıb. İl ərzində idxalın artımı 23.3% təşkil edib. Bu, ilk növbədə, Donald Tramp administrasiyası tərəfindən yeni idxal rüsumlarının tətbiqindən əvvəl bir çox Amerika şirkətlərinin Çindən və digər ölkələrdən aktiv şəkildə mal alması ilə bağlıdır.

Birinci rübün nəticələrinə görə, ABŞ ÜDM-i 2022-ci ildən bəri ilk dəfə azalıb ki, bu da idxalın kəskin artması ilə əlaqələndirilir. Əksər analitiklər aprel və sonrakı aylarda idxal artımının yavaşlayacağını və ya dayanacağını gözləyirlər.

Son xəbərlər
Digər xəbərlər