13 C
Baku
Tuesday, November 19, 2024

ABŞ-nin vitse-prezidenti Kamala Harris: “ABŞ Yaxın Şərqə qoşun göndərməyi planlaşdırmır”

“Birləşmiş Ştatlar Fələstin-İsrail münaqişəsi zonasına qoşun göndərməyi planlaşdırmır”.

Bunu ABŞ-nin vitse-prezidenti Kamala Harris CBS telekanalına müsahibəsində bildirib.

“Bizim heç bir niyyətimiz, İsrailə və ya Qəzzaya döyüş qoşunları göndərmək planımız yoxdur”, – K.Harris deyib.

Vitse-prezident ABŞ-nin İsrailə diplomatik dəstək verdiyini vurğulayıb.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar müharibə qanunlarına hörmət edir və humanitar yardımın vacibliyinin açıq şəkildə ifadə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər