6 C
Baku
Monday, December 16, 2024

ABŞ, Norveç və Avstriya Ukraynanın büdcəsini təxminən yarım milyard avro artırıb

Ukrayna büdcəsinə Dünya Bankının donorları – ABŞ, Norveç və Avstriyanın hakimiyyət orqanları tərəfindən təxminən yarım milyard avro məbləğində qrant daxil olub. Bunu Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirib.

495 milyon avro Ukrayna iqtisadiyyatının bərpası sahəsində inkişaf siyasəti üçün ikinci kredit proqramı çərçivəsində alınıb. Marçenkonun sözlərinə görə, Kiyev yaxın vaxtlarda ABŞ-dan da 500 milyon dollar göndəriləcəyini gözləyir.

Aprelin 22-də Ukraynanın baş naziri Denis Şmıqal Dünya Bankının Kiyevə 88,5 milyon avro məbləğində qrant ayıracağını bəyan etmişdi. Hələ o zaman Marçenko pulu almaq üçün lazım olan müvafiq sənədləri imzalamışdı. Ukrayna hökumətinin məlumatına görə, müharibə zamanı dağıntılar nəticəsində ölkə 550 milyard itirib.

Son xəbərlər
Digər xəbərlər