4 C
Baku
Tuesday, December 24, 2024

ABŞ noyabrda özünün strateji ehtiyatından 10 milyon barel neft satacaq

ABŞ-ın Energetika Nazirliyi strateji ehtiyatından daha 10 milyon barel nefti satışa çıxaracağını bildirib.

Nazirlik noyabr ayında Texas və Luizianadakı anbarlarından 10 milyon barelə qədər neft satmaq niyyətindədir. Müraciətlər sentyabrın 27-dək qəbul olunacaq, yanacağın göndəriləcəyi kompaniyalarla müqavilələr isə oktyabrın 7-dən gec olmayaraq imzalanacaq.

Energetika Nazirliyinin bu addımı yüksək yanacaq qiymətləri və tədarükdə yaranan fasilələrlə mübarizə aparmaq üçün 180 milyon barel nefti satışa çıxarmaq barədə ABŞ-ın mart ayında elan etdiyi planının bir hissəsidir. Plan may ayından başlayaraq altı ay ərzində həyata keçirilməli idi. Lakin həmin vaxtdan bəri administrasiya yalnız 155 milyon barel neft üçün müqavilə imzalayıb.

Agentliyin məlumatına görə, indiyə qədər satışa çıxarılan neftin ən böyük alıcıları Birləşmiş Ştatların neft emalı müəssisələrinin “Valero Energy Co” və “Marathon Oil Corp” operatorları olub.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər