26 C
Baku
Saturday, July 27, 2024

ABŞ nümayəndə heyəti Tayvana gəlib

ABŞ Konqresinin Nümayəndələr Palatasının Çin üzrə Komitəsinin rəhbəri Mayk Qallagerin başçılıq etdiyi nümayəndə heyəti Tayvana gəlib. Səfər zamanı beş qanunvericidən ibarət nümayəndə heyəti prezident Tsay İnq-ven və vitse-prezident Lai Qingde ilə görüşəcək.

ABŞ-ın Taypeydəki səfirliyindən verilən açıqlamaya görə, nümayəndə heyəti fevralın 24-dək Tayvanda qalacaq. Səfər zamanı qanunvericilər ikitərəfli əlaqələr, ticarət və investisiya, habelə regional təhlükəsizlik məsələlərini müzakirə etmək niyyətindədirlər.

24 yanvar 2024-cü ildə ABŞ Demokratik Partiyasının üzvü Ami Bera və respublikaçı Mario Diaz-Balart Taypeyə gəliblər. Səfər adada keçirilən prezident və parlament seçkilərindən bir neçə gün sonra baş tutub. Nəticədə hakim Demokratik Tərəqqi Partiyasının namizədi Lai Qingde prezident seçkilərində qalib gəlib. Çin ABŞ Konqresi üzvlərinin Tayvana səfərinə qarşı çıxıb, çünki bu səfərləri adanın müstəqilliyinin tanınması kimi qiymətləndirir.

Son xəbərlər
Digər xəbərlər