ABŞ-ın hərbi büdcə layihəsi Nümayəndələr Palatası tərəfindən təsdiqlənib. ABŞ-ın hazırkı prezidenti Donald Tramp bu büdcə layihəsinə veto qoyacağına dair vəd vermişdi.
“RİA Novosti” xəbər verir ki, baxılan sənədlər arasında “Şimal axını 2” ve “Türk axını” Rusiya boru kəmərlərinə qarşı sanksiyaların genişləndirilməsi, habelə Ukraynaya daha çox silah tədarükü, Amerika və Rusiya hərbçiləri arasında əməkdaşlığa qoyulmuş qadağa, Rusiyadan S-400 Zenit-Raket Kompleksləri aldığı üçün Türkiyəyə qarşı sanksiyalar və Rusiyaya qarşı yönəlmiş digər tədbirlər yer alıb.
ABŞ-ın hərbi büdcə layihəsini Nümayəndələr Palatasının 300-dən çox deputatı (ümumi tərkibin üçdə ikisindən çoxu) dəstəkləyib. Bu isə o deməkdir ki, zəruri hallarda Nümayəndələr Palatası Donald Trampın vetosunun qarşısını ala biləcək.