9 C
Baku
Thursday, December 12, 2024

ABŞ nümayəndəsi:”Ukrayna taxılının dünya bazarlarına çıxarılmasını təmin etməyə çalışırıq”

Ağ ev qlobal ərzaq böhranı təhlükəsinə cavab tədbirləri paketinin təsdiq edilməsi məsələsini Konqreslə müzakirə edir.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi, səfir Linda Tomas-Qrinfildin sözlərinə görə, həmin paketdə 3 il ərzində 11 milyard dollar ayrılması nəzərdə tutulacaq. O qeyd edib ki, ABŞ Ukraynada silahlı münaqişədən zərər çəkmiş ölkələrə humanitar dəstək və bu münaqişənin “bütün dünya üçün genişmiqyaslı nəticələrini aradan qaldırmaq” üçün növbəti aylar ərzində 1 milyard dollardan çox vəsait ayrılmasını təmin etməyə hazırdır.

“Biz növbəti 3 il ərzində ərzaq təhlükəsizliyinə təhdidlə bağlı 11 milyard dollardan artıq sərmayə qoyulması məsələsini Konqreslə müzakirə edirik”, – deyən səfir vurğulayıb ki, son dövrdə Afrika və Yaxın Şərq ölkələrində aclıqla bağlı vəziyyət mürəkkəb olaraq qalır.

Tomas-Qrinfild təsdiq edib ki, qida məhsullarının daşınması üçün humanitar dəhlizlər yaratmağın mümkünlüyü barədə beynəlxalq səviyyəli diskussiyalar davam edir, çünki “Qara dəniz minalanıb” və Ukrayna gəmiləri bu dənizə girmək və ya oradan çıxmaq imkanından məhrumdurlar.

Tomas-Qrinfild əlavə edib ki, ölkələr bu vəziyyətə dərhal münasibətlər bildirməlidirlər.

ABŞ-ın BMT-dəki nümayəndəsi vurğulayıb: “Münaqişənin Ukrayna üçün nəticələri göz qabağındadır və biz bu nəticələri yumşaltmaq üçün nə mümkündürsə edirik, o cümlədən Ukrayna taxılının dünya bazarlarına çıxarılmasını təmin etməyə çalışırıq”.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər