26 C
Baku
Saturday, July 27, 2024

ABŞ nüvə qüvvələrinin hazırlığını artırmayıb

Qərbin Rusiyanın Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar atom başlıqlarından potensial istifadə imkanını nəzərdən keçirdiyinə dair iddialarına baxmayaraq, ABŞ hələ də öz nüvə qüvvələrinin hazırlığını artırmaq üçün heç bir səbəb görmür.

Bunu ABŞ dövlət katibi Entoni Blinken Fransanın xarici işlər naziri Katrin Kolonna ilə Vaşinqtonda danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

“Hazırda biz öz nüvə qüvvələrimizin balansını dəyişmək üçün heç bir səbəb görmürük. Lakin biz buna çox diqqətlə nəzarət edəcəyik. İcazə verin, bizim yerimizdən danışım, nə Fransa, nə də başqası üçün danışmayacağam: biz nüvə başlığından hər hansı istifadənin nəticələrinin nə olacağını Rusiyaya çox aydın və açıq şəkildə bildirdik”-deyə, o bildirib.

Son xəbərlər
Digər xəbərlər