ABŞ və İran hələ də nüvə sazişinin bərpası ilə bağlı razılığa gəlməyib, Vaşinqton bu məsələdə Tehranın cavabını gözləyir.
Bu barədə jurnalistlər üçün keçirilən növbəti brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat xidməti rəhbərinin birinci müavini Vedant Patel bildirib.
“Vəziyyət dünən dediyim kimi qalır: biz Avropa İttifaqının təklif etdiyi yekun mətnlə bağlı Aİ vasitəsilə İranın şərhlərini almışıq. Və biz 24 avqustda Aİ-yə cavab verdik. İndi İran cavab verməlidir”-deyə, o bildirib.