Amerika Birləşmiş Ştatları nüvə arsenalını modernləşdirmək üçün Ukraynadakı vəziyyəti diqqətlə izləyir.
Bu barədə ABŞ-ın energetika naziri Cennifer Qranholm bildirib.
O, Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının etibarlı və effektiv nüvə arsenalına malik olmasını istədiyini vurğulayıb.
Eyni zamanda, Qranholm Amerika nüvə silahlarının modernləşdirilməsi planının təfərrüatlarını açıqlamayıb.
Bundan əvvəl amerikalı alimlər Rusiyanın ABŞ-a nüvə hücumunu simulyasiya ediblər.
Bu, milli təhlükəsizlik ekspertlərinin iştirak etdiyi Nüvə Siyasəti üzrə Beynəlxalq Konfransda baş verib.