ABŞ prezidenti Donald Trampın administrasiyası amerikan istehsalçısı “Nvidia”dan Çinə H20 çiplərinin ixracına yeni məhdudiyyətlər tətbiq etmək imkanını nəzərdən keçirir, “Bloomberg” yazır.
Agentliyin həmsöhbətləri aydınlaşdırıblar ki, danışıqlar hələ çox erkən mərhələdədir. Onların fikrincə, yeni administrasiyanın müvafiq departamentlərə kadr yığmağa yenicə başladığını nəzərə alsaq, hər hansı məhdudiyyətin tətbiqi ilə bağlı qərar çox güman ki, tezliklə verilməyəcək.
Agentliyə şərhində “Nvidia” nümayəndəsi administrasiya ilə işləməyə hazır olduğunu bildirib, çünki şirkət süni intellektə (AI) öz yanaşmasını tətbiq edir.
Yanvarın 29-da “Bloomberg” agentliyi “Microsoft” və “OpenAI”nin “ChatGPT” texnologiyasının “DeepSeek” ilə əlaqəli bir qrup tərəfindən qanunsuz olaraq əldə edilib-edilmədiyini araşdırdığını bildirib.