ABŞ-nin Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosu “Nvidia” şirkətinə Çinə H20 çiplərini satmaq üçün lisenziya verib.
Bu barədə “Financial Times “(FT) qəzeti mənbələrə istinadən xəbər verir.
“Nvidia” bu çip modelini xüsusi olaraq Çin bazarı üçün yaradıb. Qeyd olunur ki, lisenziyanın verilməsi ilə bağlı qərar “Nvidia”nın baş direktoru Jensen Huanq və ABŞ Prezidenti Donald Trampın çərşənbə günü keçirdiyi görüşdən sonra verilib.
Bundan əvvəl Çinin iki vətəndaşının ABŞ-nin ixrac məhdudiyyətlərindən yayınmaqda və Çinə qeyri-qanuni olaraq yüksək məhsuldarlığa malik “Nvidia” sürətləndiricilərinin tədarükündə ittiham edilərək Kaliforniyada həbs olunduğu bildirilirdi.
İddiaya görə, şübhəlilər 2022-ci ilin oktyabrından 2025-ci ilin iyun ayına qədər ABŞ Ticarət Nazirliyindən lazımi lisenziyasız avadanlıq ixrac ediblər.