ABŞ ölkələrin rəqabət qabiliyyətlərinin sıralamasında liderliyini itirərək, üçüncü yerə düşüb. Müvafiq siyahı Beynəlxalq İnkişaf İnstitutu tərəfindən tərtib edilmişdir.
Qeyd edilir ki, bu il reytinq sıralamasında birinci yeri Sinqapur tutub.
Banker.az xəbər verir ki, ölkə peşəkar işçi qüvvəsi, texnoloji infrastruktura və digər göstəricilərə görə digər ölkələri ötüb keçə bilmişdir.
İkinci yeri Hong-Kong tutub.
“Donald Trampın ölkədə keçirdiyi vergi siyasətinin ilk dalğasına olan etiqadı möhkəmləndirmək impulsu, deyəsən, yoxa çıxıb. Ölkənin iqtisadi göstəricilərə görə dünya miqyasında yüksək artım sürətinə baxmayaraq, rəqabət qabiliyyətinə təsir göstərən amillər bunla olmuşdur: yanacaq qiymətinin qalxması, yüksək texnologiyalı məhsulların ixracatının azalması, dolların dəyərində olan dəyişikliklər. Bütün bunlar dünyanın ən böyük iqtisadiyyatının rəqabət qabiliyyətinin zəifləməsinə səbəb olub”, – deyə mətbuat xidmətinin məlumatında deyilir.