3 C
Baku
Tuesday, February 18, 2025

ABŞ ölüm cəzasına müvəqqəti moratorium tətbiq edib

ABŞ-ın ədliyyə naziri, baş prokuror Merrik Harlend ölüm hökmlərinin icrasına qadağa tətbiq edib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Qərar ABŞ Ədliyyə Nazirliyi edam cəzasına yanaşmasını təhlil edənədək qüvvədə qalacaq.

“Bu gün ədliyyə naziri nazirliyin siyasət və prosedurlarına yenidən baxılması tamamlanana qədər federal səviyyədə ölüm cəzasına moratorium tətbiq edib. Araşdırmalar davam etdiyi müddətdə edamlar həyata keçirilməyəcək”, – deyə ABŞ Ədliyyə Nazirliyinin saytında bildirilir.

“Ədliyyə naziri federal cinayət sistemində hər kəsə ABŞ konstitusiyası və qanunlarına uyğun olaraq hüquqlar verilməsini, o cümlədən ədalətli davranılmasını təmin etməlidir”, – mesajda qeyd edilir.

Xatırladaq ki, ABŞ-ın 28 ştatında edam cəzası tətbiq olunur. Təkcə 2020-ci ildə ölkədə 17 nəfər edam edilib.

Son xəbərlər
Digər xəbərlər