ABŞ Konqresinin Respublikaçılar partiyasından olan üzvü Kevin Kramer OPEC-in fəaliyyətinin araşdırılmasını nəzərdə tutan plan irəli sürüb.
APA “İnterfax” agentliyinə istinadən xəbər verir ki, araşdırma OPEC tərəfindən haqsız rəqabətə əsaslanan ticarət praktikasının tətbiq olunub-olunmamasının üzə çıxarmağa yönələcək.
“Kartelin dünya bazarında mövqeyinin gücləndirilməsinə yönələn addımlarının rəqabətə zidd olub-olmaması yoxlanılmalıdır. Bu, ABŞ-ın milli təhlükəsizliyinə təhdid tərədə bilər”, – deyə konqresmen bildirib.
Qeyd edək ki, neftin kəskin ucuzlaşması 130-a yaxın ABŞ şirkətinin müflis olmasına səbəb olub ki, bu da 130 min insanı işsiz qoyub.
Onu da əlavə edək ki, K. Kramer prezidentliyə namizəd Donald Trampın məsləhətçilərindən biridir.