ABŞ “OPEC+” və Rusiyadan gündəlik neft tədarükünü təxminən 800 min barel artırmağı xahiş edib.
Banker.az xəbər verir ki, bu barədə təşkilat diplomatları və nümayəndələrinə istinadən “Bloomberg” yazıb.
Xatırladaq ki, “OPEC+” sentyabr və oktyabr aylarında keçirilən görüşlərdə hasilatı artırmaqdan imtina edib. Yeni görüşdən öncə ABŞ Hindistan, Yaponiya və digər əsas neft ixracatçı ölkələrini hasilatı daha sürətli artırmağa inandırmaq üçün “fəal kampaniya aparıblar”. Bununla belə, OPEC-in noyabr iclasında plana sadiq qalacağı gözlənilir.