4 C
Baku
Tuesday, December 24, 2024

ABŞ öz vətəndaşlarını Belarusu tərk etməyə çağırıb

ABŞ-nin Dövlət Departamenti öz vətəndaşlarını Belarusu “dərhal tərk etməyə” çağırıb.

Bu barədə ABŞ-nin Minskdəki səfirliyi press-reliz dərc edib.

“Belarusdakı ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər. Litva və Latviya ilə qalan sərhəd məntəqələrindən və ya təyyarə ilə çıxmağı gözdən keçirin. ABŞ vətəndaşlarının Belarus üzərindən quru yolu ilə Polşaya daxil olmasına icazə verilmir”, – sənəddə diqqətə çatdırılıb.

Son xəbərlər
Digər xəbərlər