ABŞ öz arsenalında olan ən güclü B83-1 termonüvə bombasını istismardan çıxaracaq.
Bunun Xirosimaya atılan bombadan təxminən 100 dəfə güclü olduğu bildirilir.
Bu barədə Pentaqonun dərc etdiyi yeni milli müdafiə strategiyasında məlumat verilib.
Sənəddə qeyd edilib ki, bu qərarın qəbul edilməsinə səbəb bombanın texniki xidmət xərclərinin artması, eləcə də tətbiqi imkanlarının məhdud olması olub.
B83 bombası 1983-cü ildən ABŞ-nin arsenalındadır. Cəmi 650 belə bomba istehsal edilib. Dərində yerləşən hədəflərə hücum üçün nəzərdə tutulub.
Bombanın gücü trotil ekvivalentində 1,2 meqaton təşkil edir. B53 bombasından imtinadan sonra bu, ABŞ-nin nüvə arsenalındakı son meqaton bomba idi.